BİZ KİMİK?
"Greentech Solutions" MMC 2021-ci ildə Azərbaycanda tikinti, təmir və dizayn sahəsində müasir dünya təcrübəsini tətbiq etməklə yeni layihələr həyata keçirmək məqsədilə yaradılmışdır. Yarandığı gündən insan kapitalına önəm verən şirkətimiz Azərbaycanda gənc memar, mühəndis və digər qabaqcıl mütəxəssisləri ətrafına toplayaraq yaradıcı və dinamik komanda formalaşdırmışdır.
FƏALİYYƏTİMİZ
"Greentech Solutions" MMC müxtəlif təyinatlı inşaat obyektlərin layihələndirilməsi və tikintisi üzrə şirkətdir. Fəaliyyətimizə dövlət obyektləri ilə bərabər bir sıra özəl obyektlər, yaşayış binaları, ofis mərkəzləri, ictimai və inzibati binalar və s. genişmiqyaslı layihələrinin tikinti işləri daxildir. Dövlət və özəl sektorla əməkdaşlıq etməklə yanaşı şirkətimiz qabaqcıl beynəlxalq şirkətlərlə uğurlu partnyorluq əlaqələri quraraq ölkəmizin inşaat bazarına müasir texnologiya və məhsulların tətbiqinə üstünlük verir. Əsas məqsədimiz Azərbaycanın rayon və şəhərlərində insan həyatının komfortunu yüksəldən keyfiyyətli və yararlı layihələr planlamaq və tikinti-təmir işlərini həyata keçirməkdir. Mütəxəssislərimiz dünya keyfiyyət standartlarına uyğun layihələr həyata keçirməyə qadirdirlər. Müştəri və tərəfdaşlarımızla işimizdə əsas dəqiqlik və keyfiyyətə üstünlük veririk.










