Şirkətimiz alternativ enerji məhsulları və layihələri üzrə də ixtisaslaşmışdır. Biz müştərilərimizə geniş texnologiya, məhsul, sahəyə, tələbata əsasən alternativ enerji həlləri portfelini təklif edirik. Mühəndislər qrupumuz tərəfindən hazırlanmış sistem və texnologiyalardan, həmçinin yerli istehsal və resurslardan istifadə etməklə regionda ən sərfəli alternativ enerji həllərini təqdim edə bilərik. Bərpa olunan enerji gələcəyə yatırım olmaqla yanaşı, hazırda mövcud enerji istifadəsində də qənaətli və əlverişlidir.
Elektrik enerjisinin müasir İKT texnologiyalarından istifadə etməklə istehlakçılara itkisiz çatdırılması və səmərəli şəkildə paylanması şirkətimizin əsas fəaliyyət istiqamətidir.





















